Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
QARABAĞIN HƏCƏRİ

0

  •        Qarabağ müharibəsində xalqımızın mərd igid oğlanları ilə yanaşı, şücaət göstərmiş bir çox qadınlar da var. Belə qadınlardan biri də Kərkicahan qəsəbəsə sakini Bayramova Diləfruzdur. Həmsöhbətimlə görüşməzdən əvvəl onun haqqında çox müsbət fikirlər eşitdim. Hər kəs Diləfruz ananı cəsur, qorxmaz Azərbaycan qadını kimi dəyərləndirir. Diləfruz ana Qarabağ hadisələrində Kərkicahan əhalisinə mənəvi dayaq olmuş, düşmən qabağında aciz olmamaq üçün səsi ilə, fədakarlıqları ilə köməklik göstərmişdir. Qəsəbədə yerləşən özünümüdafiə batalyonunun əsgərlərinə yemək və ərzaq payı aparmış, onların geyimlərini ana qayğısı ilə yumuşdur. Onun qəsəbədə olması çoxları üçün təskinlik olmuşdur. Evləri erməni evlərinə qonşu olan Diləfruz xanım erməni qonşularının mənfur niyyətlərini müharibədən əvvəl biruzə  verdiklərini söylədi. 1988-ci il sentyabın 18-də ermənilər  ilk dəfə hücuma keçdilər. Diləfruz ana əlinə keçən daşları, dəmir parçalarını yığaraq ermənilərin qarşısını alan insanları soyuq silahla təmin etmişdir. Eyni zamanda haray səsi ilə əhaliyə ruh verib və onları mübariz olmağa çağırıb. Onun səsinə bütün kənd əhalisi yığışıb haya gələrmiş. Bütün Kərkicahan camaatı Diləfruz ananı qəhrəman ana kimi tanıyır.
           Kərkicahan özünümüdafiə dəstəsinin komandiri rəhmətlik İslam Quliyev onun zəhmətini yüksək dəyərləndirmiş, Diləfruz ananın mərdliyini, döyüşkənliyini öz əsgərlərinə örnək göstərmişdir. Erməni milisinin azərbaycanlılara etdiyi ləyaqətsizliyinə görə Azərbaycan çörəyini yeyib,  suyunu içib nankorluq edirsiniz deyərək  paqonlarını qopardıb üzünə çırpmışdır. Qorxu nədir bilməmiş və ən çətin yerlərə getmişdir.
           Diləfruz ananın həyat yoldaşı Allahverdi kişi şair təbiətli bir insandır. Onun Qarabağ həsrətli yazdığı şeirlər axıcılığı və təbiiliyi ilə seçilir.
           Bütün çətinliklərə baxmayaraq Diləfruz ananın ailəsi kənddən ən axırıncı çıxan ailə olub.

    Qalib BƏYMƏMMƏDOĞLU
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaRəsmi xronika
    Yerləşdirdi
    Yerləşdirildi7 il öncə
    İzlənib72 dəfə
    QARABAĞIN HƏCƏRİ

    Maraqlı gələ bilər
    53
    48
    216